AZ EN RU

Naxçıvanda 3 tondan artıq çətənə kolu məhv edilib

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Culfa, Şərur və Şahbuz rayonları ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 3,2 ton olan 89890 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. 
Həmin çətənə kolları yandırılaraq məhv edilib. 
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Nəşr edilib : 26.07.2024 18:40