AZ EN RU

Naxçıvanda 1969-cu ildən istismar olunan elektrik xəttləri dəyişdirilib

"Şərq qapısı" xəbər verir ki, 110/35/10 kilovoltluq “Çeşməbasar” yarımstansiyasından qidalanan, Culfa rayonunun 18 kəndinin, 4476 abonentinin elektriki enerjisi ilə təminatını həyata keçirən 35 kilovoltluq “Əbrəqunus” hava elektrik verilişi xəttinin 3 kilometr hissəsi və həmin yarımstansiya ilə 35/10 kilovoltluq “Quşçuluq” yarımstansiyası arasındakı, Babək şəhərinin tamamını və şəhərə yaxın kəndləri qidalandıran  35 kilovoltluq “Quşçuluq” hava elektrik verilişi xəttinin 4,5 kilometr hissəsi, ümumilikdə 1969-cu ildən istismar olunan 7,5 kilometr xətt Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Yüksəkgərginlikli Elektrik Şəbəkəsi tərəfindən yenidən qurulub.
Xəttin inşasında istifadə edilən xüsusi gücləndirilmiş, qalvanizə edilmiş dayaqlar, elektrik naqilləri, izolyatorlar, digər köməkçi avadanlıqlar işlədilmişdir. 
Xəttin istismara verilməsi ilə yarımstansiyalar arasında əlaqələr gücləndirilib, texniki itkilər xeyli azalıb, qəza və imtinalar minimuma endirilib, ümumilikdə Babək və Culfa rayonlarının bir çox ərazilərinin keyfiyyətli elektrik enerjisi ilə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Haliyədə köhnə xəttin ağac dayaqlarının sökülməsi işləri aparılır.

Nəşr edilib : 19.07.2024 09:10