AZ EN RU

Naxçıvanda 10 km məsafə üzrə Velosiped yarışı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın 100 illik yubileyi və "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə Naxçıvan şəhərində 10 km məsafə üzrə velosiped yarışı keçiriləcək. 
14 yaşdan yuxarı hər kəs iştirak edə biləcəyi yarışda iştirakçılar Heydər Əliyev Muzeyinin önündəki start xəttindən başlayaraq öncədən müəyyənləşdirilmiş marşrut üzrə Uzunoba Təlim-Məşq İdman Kompleksinədək olan məsafəni qət etməli olacaqlar.
İştirakçılar yarışa velosiped və idman geyimi ilə qatılmalı, şəxsiyyət vəsiqəsinin sürətini təşkilatçılara təqdim etməlidirlər. Təhlükəsizliyiz üçün qoruyucu ləvazimatlardan istifadə olunmalıdır.

Nəşr edilib : 09.07.2024 17:32