AZ EN RU

Naxçıvan Televiziyasının əməkdaşı “Fərdi jurnalist müsabiqəsi”nin qaliblərindən oldu

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 10 iyun 2024-cü il tarixdə elan olunmuş “Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb. Müsabiqənin nəticələrinə əsasən Naxçıvan Televiziyasının əməkdaşı Səriyyə Salahova ən yaxşı mədəniyyət materialı nominasiyasının qaliblərindən biri olub. Nominasiyanın qalibi olan “Xoşbəxtliyə gedən yolun başlanğıcı” adlı yazıda ailə dəyərlərinin müqəddəs hesab olunması və qorunmasından bəhs edir.

Həmkarımızı bu münasibətilə təbrik edir, gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzu edirik.

Nəşr edilib : 12.07.2024 15:50