AZ EN RU

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib

"Şərq qapısı" xəbər verir ki, şəhərin Nağı Əliyev küçəsində baş verən qəzada iki avtomobil toqquşub. Nəticədə, Babək rayon Yarımca kənd sakini, 1991-ci il təvəllüdlü Mehdiyev Elmixan Füzuli oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 04.07.2024 22:59