AZ EN RU

Naxçıvan şəhərində yeni smartkarttipli qaz sayğacları quraşdırılıb

Naxçıvan şəhərində yeni smartkarttipli qaz sayğacları quraşdırılaraq sakinlərin istifadəsinə verilməsi istiqamətində işlər uğurla həyata keçirilir. 
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, ötən ay şəhərdə əhali abonentlərinin qazlaşdırılması ilə əlaqədar 15 smartkarttipli sayğac quraşdırılıb. Həmçinin Naxçıvan şəhərində əhali abonentləri tərəfindən istifadə olunan elektron ön ödəməli smartkarttipli qaz sayğaclarından zədələnən, istismara yararsız vəziyyətə salınan və itirildiyinə görə 21 abonentə sistemdə istifadə edilməsi üçün yeni qaz kartı verilib. Bundan başqa, cari ilin iyul ayında muxtar respublikanın şəhər və rayonlarında yeni qaz boru xətlərinin çəkilməsi, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı xətlərin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar uzunluğu 1268,5 paqonametr olan müxtəlifdiametrli borulardan istifadə edilib.

Nəşr edilib : 07.08.2024 10:14