AZ EN RU

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər xəsarət alıb

"Şərq qapısı" xəbər verir ki, hadisə zamanı avtomobil yolu keçən ana və qızını vurub. Qəza nəticəsində Şahbuz rayon Yuxarı Qışlaq sakinləri - 1994-cü il təvəllüdlü Qaybalızadə Günay Məhərrəm qızı və övladı 2019-cu il təvəllüdlü Qaybalızadə Nur Gündüz qızı xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 20.07.2024 19:40