AZ EN RU

Naxçıvan şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Qəza nəticəsində 75-BA-008 dövlət nömrəli nişanlı “Toyota Land Cruiser Prado” markalı avtomobillə 74-BD-116 dövlət nömrə nişanlı "KİA" markalı avtomobil toqquşub. 
Hadisə zamanı sürücülərdən biri - Naxçıvan şəhər sakini Alışov Nəriman Zamiq oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 08.07.2024 15:34