AZ EN RU

Naxçıvan şəhərində avtomobil 40 yaşlı qadını vurub

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Əliabad qəsəbəsində baş verib. 1963-cü il təvəllüdlü Rəhimov Telman Bəhruz oğlunun idarə etdiyi 10-VH-371 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yolu keçən Şahbuz rayon Keçili kənd sakini, 1984-cü il təvəllüdlü Abdullayeva Əfsanə Qulu qızını vurub. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
T.Rəhimovun isə hadisə zamanı halı pisləşib və o xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 25.07.2024 23:00