AZ EN RU

Naxçıvan şəhər sakinini qətlə yetirən şəxs saxlanılıb

İyunun 28-də Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Tumbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib. 
Naxçıvan MR DİN-in mətbuat midmətindən "Şərq qapısı"a bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında  saxlanıb. O, istintaqa təhvil verilib.
Araşdırma aparılır.

Nəşr edilib : 06.07.2024 19:47