AZ EN RU

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi işdən azad olunub

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov əmr imzalayıb. Əmrə əsasən Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli öz ərizəsi əsasında işdən azad edilib. 
O, işini başqa nazirlikdə davam etdirəcək.

Nəşr edilib : 30.07.2024 11:20