AZ EN RU

Naxçıvan şahmatçısı beynəlxalq festivalda uğur qazanıb

Gürcüstanın Batumi şəhərində “8th International Chess Festival – Batumi Municipality Cup-2024” adlı beynəlxalq şahmat festivalı keçirilib. 23 ölkədən 434 şahmatçının qatıldığı festivalda müvafiq reytinq göstəricilərinə əsasən “A”, “B”, “C” qruplarında, o cümlədən 8,10 və12 yaşadək oğlan və qızlar arasında görüşlər keçirilib. 

Naxçıvan Şahmat Mərkəzinin şagirdlərindən Mirsaleh Seyidli üçün turnir uğurlu alınıb. “B” qrupunda 9 oyuna 6 xal toplayan təmsilçimiz 16 yaşlı şahmatçılar arasında 2-ci yerə layiq görülüb. Digər Naxçıvan şahmatçılarından Bəxtiyar Cəfərli və Amin Mirzəzadə yarım xallıq fərqlə mükafatçılar sırasından kənarda qalıblar. 

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.07.2024 15:28