AZ EN RU

Naxçıvan Sağlamlıq Mərkəzində daha bir uğurlu əməliyyat

Ordubad rayon sakini 1951-ci il təvəllüdlü Əli Əliyev  xəstəxanaya müraciət edən zaman mədəsində və qarnının yuxarı hissəsində ağrı şikayətləri var idi. Qida qəbulu zamanı, hətta su içən zaman belə əziyyət çəkdiyini bildirirdi. Bütün lazımi müayinələrdən keçdikdən sonra xəstədə mədənin bütün hissələrini əhatə edən törəmə olduğu aşkar edildi. Xəstəyə 3.5 saat davam edən qastroektomiya, yəni mədənin total şəkildə xaric edilməsi əməliyyatı icra olundu. Xəstənin mədəsi tamamilə çıxarılıb nazik bağırsaq ilə qida borusu arasında anastomoz, yəni calaq qoyuldu.  Bu əməliyyatın riskli tərəflərindən biri də xəstədə ciddi kardioloji problemin olması idi ki, bu da anesteziolojiğ baxımdan çətinlik yaradırdı. Bütün bunlara baxmayaraq, əməliyyat uğurlu keçdi. Əməliyyat sonrası müayinə zamanı xəstənin vəziyyəti qənaətbəxş hesab edilib, hazırda xəstə özünü yaxşı hiss edir.
Qeyd edək ki, əməliyyatı Cəbi İsmayılovun dəyərli məsləhətləri əsasında ümumi cərrah Nazim İbrahimov, anestezioloq-reanimatoloq Ənvər Şıxəliyev və Məhəbbət Məmmədova icra ediblər.

Nəşr edilib : 11.08.2024 21:50