AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Fövqəladə hallar naziri Şahin Mirzəyev Babək rayonunda vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Şahin Mirzəyev 25 iyul 2024-cü il tarixində Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Babək rayon sakinlərinin qəbulunu keçirib.
"Şərq qapısı" xəbər verir ki, əvvəlcə, nazir Şahin Mirzəyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Babək şəhərində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən rayon sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Nəşr edilib : 25.07.2024 16:13