AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas Hərəkət və tədbirlərin Təqvim planı

 Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının  1 iyul 2024-cü il  tarixli, 
SQ-02/2024-1 saylı Qərarı ilə təsdiq edilmişdir

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmişdir.

Sıra sayı

Əsas hərəkətlər və tədbirlər

İcraçılar

Keçirilmə müddətləri

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa əsasən

Tövsiyə olunan müddətlər

1

Dairə seçki komissiyalarının təşkil edilməsi

Püşkatma komissiyaları

Səsvermə gününə ən azı 55 gün qalmış

M a d d ə l ə r:   28.1, 28.4

2024-cü il

iyulun 8-dək

2

Seçki dairələri üzrə namizədlərin irəli sürülməsi

Passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və siyasi partiyaların blokları

Seçkilərin təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı rəsmi dərc edildikdən sonra

M a d d ə l ə r :  8.1, 49,  50

 

3

Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarın qəbul edilməsi

Dairə seçki komissiyaları

Müvafiq sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində

M a d d ə l ə r :  49.6, 49.7,  50.9, 50.10

 

4

Namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələrinin verilməsi

Dairə seçki komissiyaları

Namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən başlayaraq

M a d d ə l ə r :  49.6,  50.9

 

5

Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması

 

Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququna malik vətəndaşı, namizəd, siyasi partiya, siyasi partiyaların bloku

Dairə seçki komissiyasının deputatlığa namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra

 

M a d d ə l ə r :  52, 53

 

 

 

6

 

Naxçıvan Muxtar Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi

 

 

 

 

Seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi

 

 

 

 

 

Səsvermə gününədək seçki komissiyasının iclasını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi

 

 

Naxçıvan Muxtar Respublikasında daimi yaşayan aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında; beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Naxçıvan Muxtar Respublikasına gəlib Mərkəzi Seçki Komissiyasında  qeydiyyatdan keçməklə)

 

Seçkilər elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək

 

M a d d ə l ə r :  1.1.15, 1.1.16, 37.4-37.6, 41

 

Dairə seçki komissiyalarının təşkil edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək

 

M a d d ə l ə r :  1.1.15,   37.5,  37.7

 

Seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək

 

M a d d ə l ə r :  1.1.15,   37.4,  37.5, 37.13

 

2024-cü il

avqustun 22-dək

 

 

 

 

 

 

2024-cü il

avqustun 27-dək

 

 

 

 

 

 

 

2024-cü il

avqustun 22-dək

7

Müşahidəçilərin qeydə alınması və onlara Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəciklərin verilməsi

Mərkəzi Seçki Komissiyası,    dairə seçki komissiyaları

Müşahidə aparılması barədə qərar ərizənin verildiyi tarixdən  Mərkəzi Seçki Komissiyası tərəfindən 3 gün, dairə seçki komissiyası tərəfindən isə 2 gün müddətində qəbul edilir

M a d d ə l ə r : 23.2.17, 37.6, 37.7, 41.4

 

8

Dairə və məntəqə seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlərin təşkili və peşə hazırlığının artırılması ilə bağlı digər proqramların həyata keçirilməsinin təmin edilməsi

Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları

M a d d ə: 23.2.6

Mütəmadi

9

Teleradio verilişləri və digər yayım qurumları vasitəsilə seçki qanunvericiliyinin izahı, seçki subyektlərinin hüquqi biliklərinin artırılmasının təmin olunması

 

Mərkəzi Seçki Komissiyası

 

M a d d ə l ə r : 21,  23.2.6

Mütəmadi

10

Namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi

Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi

Səsvermə gününə ən çoxu 45 və ən azı 25 gün qalmış saat 18.00-dək

M a d d ə:  54.1

2024-cü il iyulun 18-dən 2024-cü il avqustun

7-si saat 18.00-dək

11

İmza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsi

Dairə seçki komissiyaları

Sənədlər qəbul etdikdən sonra 10 gün müddətində

M a d d ə :  56

 

12

Namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən təyin olunmuş vəkil edilmiş şəxslərin qeydə alınması və onlara lövhəciklərin verilməsi

Dairə seçki komissiyaları

Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində

 

M a d d ə l ə r : 59.1,  59.2,  59.4

 

13

Seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi

Məntəqə seçki komissiyaları

Səsvermə gününə azı 25 gün qalmış

M a d d ə :  44.1

2024-cü il avqustun

7-dək

14

Qeydə alınmış namizədə qeydiyyat vəsiqəsinin verilməsi

Dairə seçki komissiyaları

Qeydə alındıqdan sonra

M a d d ə :  56.7

 

15

Qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının ictimailəşdirilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 14 gün qalmış

M a d d ə l ə r :  24.1.5, 56.10

2024-cü il avqustun

18-dək

16

Seçki qabağı təşviqatın aparılması

Qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri

Səsvermə gününə 12 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır

 

M a d d ə l ə r : 59.3, 62.1,  63.2

2024-cü il

avqustun 20-dən avqustun 31-i saat 08.00-dək

17

 

Seçki məntəqələrinin yaradılması

 

Seçicilərin olduqları ərazilərdə müvafiq yerli  icra hakimiyyəti orqanları və bələdiyyə qurumları ilə razılaşdırmaqla dairə seçki  komissiyaları

Səsvermə gününə azı 35 gün qalmış

 

M a d d ə l ə r : 32.2-32.4

2024-cü il iyulun

28-dək

18

 

Seçkilərə 5 gün qalmış yaradılması nəzərdə tutulan seçki məntəqələrinin yaradılması

 

Müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri və cəzaçəkmə müəssisəsinin rəhbəri

Səsvermə gününə azı 5 gün qalmış

 

M a d d ə:   32.4

2024-cü il

avqustun 27-dək

19

 

Məntəqə seçki komissiyalarının təşkil edilməsi

 

Dairə seçki komissiyaları

Səsvermə gününə ən  azı 30 gün qalmış

M a d d ə:   33.1

2024-cü il avqustun

2-dək

20

Nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyalarının səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi

Dairə seçki komissiyaları

Səsvermə gününə azı 25 gün qalmış

 

M a d d ə:   32.6

2024-cü il avqustun

7-dək

21

Seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılması

Dairə seçki komissiyasının sifarişi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları

M a d d ə: 73.3

 

22

 

Seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələblərin təsdiq edilməsi

 

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə ən azı 25 gün qalmış

 

M a d d ə l ə r : 87.1-87.6

2024-cü il avqustun

7-dək

23

Seçki bülletenlərinin mətninin, formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 25 gün qalmış

M a d d ə l ə r :  86.1-86.4

2024-cü il avqustun

7-dək

24

Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi:

  1. yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi;
  2. hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəzaçəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi

 

Dairə və məntəqə seçki komissiyaları

 

Seçicilər haqqında təqdim edilən məlumatlar əsasında məntəqə seçki komissiyası

 

Hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə seçki komissiyası

 

Səsvermə gününə azı 20 gün qalmışadək

 

M a d d ə: 42

 

2024-cü il avqustun

12-dək

 

25

Səsvermə protokollarının hazırlanması

Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi

Səsvermə gününə ən geci 10 gün qalmış

 

M a d d ə :   87.6

2024-cü il avqustun

22-dək

26

Seçki günü, səsvermənin yeri və vaxtı barədə media subyektləri və ya məlumat lövhələri vasitəsi ilə  seçicilərin xəbərdar edilməsi

Məntəqə seçki komissiyaları

Səsvermə gününə azı 20 gün qalmış

 

M a d d ə :   88.1

2024-cü il avqustun

12-dək

27

Səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından məntəqə seçki komissiyasına verilməsi

Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları

Səsvermə gününə azı 5 gün qalmış

 

Səsvermə gününə ən azı 3 gün qalmış

 

M a d d ə :   87.8

2024-cü il

avqustun 27-dək

 

2024-cü il

avqustun 29-dək

28

Seçki bülletenlərinin hazırlanması

Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi

Səsvermə gününə ən azı 10 gün qalmış

 

M a d d ə :   86.4

2024-cü il avqustun

22-dək

29

Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına  verilməsi

 

Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları

Səsvermə gününə azı 5 gün qalmış

 

 

 

Səsvermə gününə azı 3 gün qalmış

M a d d ə :   86.6

2024-cü il

avqustun 27-dək

 

2024-cü il

avqustun 29-dək

30

Səsvermənin keçirilməsi

Məntəqə seçki komissiyaları

M a d d ə:   88

Seçkilər günü: saat 08.00-dan 19.00-dək

31

Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatların verilməsi

(gün ərzində 5 dəfə)

Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası

M a d d ə :   88

Seçkilər günü:

saat 10.00, 12.00, 15.00, 17.00, 19.00

32

Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası  yekun protokolunun 1-ci  nüsxəsinin ona əlavə edilən sənədlərlə birlikdə dairə seçki komissiyasına göndərilməsi

Məntəqə seçki komissiyaları

Seçicilərin səslərinin hesablanmasına yekun vurulandan sonra dərhal, lakin səsvermə müddəti başa çatdıqdan sonra 24 saatdan gec olmayaraq.

 

M a d d ə :  89.8

 

33

Məntəqə seçki komissiyasının yekun protokolunun 3-cü nüsxəsinin məlumat lövhəsində yerləşdirilməsi

 

Məntəqə seçki komissiyaları

Protokol tərtib edildikdən sonra asılmaqla 5 gün müddətində

 

M a d d ə :  89.11

 

34

Seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında dairə seçki komissiyası protokolun tərtib edilməsi və protokolun birinci  nüsxəsinin ona əlavə edilən sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması

Dairə seçki komissiyaları

Səsvermə günündən ən geci 2 gün keçənədək

 

M a d d ə l ə r :  90.1-90.4

2024-cü il

sentyabrın 3-dək

35

Dairə seçki komissiyası protokolunun 3-cü nüsxəsinin və müvafiq məntəqə seçki komissiyaları protokollarının surətlərinin məlumat lövhəsində yerləşdirilməsi

Dairə seçki komissiyaları

Protokol tərtib edildikdən sonra 10 gün müddətində

 

M a d d ə :   90.7

 

36

Seçkilərin ilkin nəticələrinin seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində dərc edilməsi

Mərkəzi Seçki Komissiyası

Seçki dairələri üzrə səsvermənin nəticələrinə dair protokollar Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra

 

M a d d ə :   96.1

 

37

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması

 

 

Seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə təqdim olunması

Mərkəzi Seçki Komissiyası

Səsvermə günündən ən geci 10 gün keçənədək

 

M a d d ə :  93.2

 

Protokollar yoxlanıldıqdan sonra dərhal

M a d d ə :  93.2

2024-cü il

sentyabrın 11-dək

38

Ali Məclisə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılması, təsdiq edilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilən sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etsə, həmin müddət artırıla bilər)

 

M a d d ə :   93.3

 

39

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş şəxsə deputat vəsiqəsinin verilməsi

Mərkəzi Seçki Komissiyası

Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra

 

M a d d ə :   95.4

 

40

Dairə seçki komissiyalarının protokollarında olan məlumatların tam şəkildə dərc edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə günündən sonra 30 gün müddətində

 

M a d d ə:   96.2

2024-cü il

oktyabrın 1-dək

 

Naxçıvan Muxtar Respublikası

Mərkəzi Seçki Komissiyası

 

Nəşr edilib : 02.07.2024 12:00