AZ EN RU

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Babək rayon Nehrəm qəsəbəsində maarifləndirici tədbir keçirilib

6 avqust 2024-cü il tarixdə “Təbii qidanın insan sağlamlığına təsiri” mövzusunda keçirilən tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyətinin əməkdaşı Vüsal Mirzalıyev açıb. 
“Nehrəm Qəsəbə Sahə Xəstəxanası” publik hüquqi şəxsin həkim-ginekoloqu Siddiqə İsmayılova mövzunun əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva bildirib ki, insan sağlamlığına mənfi təsir edən qidalar orqanizmdə xəstəliklərin yaranmasına səbəb olur. İnsan bu xəstəliklərdən qorunmaq üçün təbiəti qorumalı, ətrafı təmiz saxlamalıdır. İnsanların ekoloji düşüncəyə, tibbi biliklərə və sağlam həyat tərzinə malik olması ehtimal olunan faciələrin qarşısının alınmasında vacib şərtlərdəndir. 
38 nəfərin yararlandığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və müvafiq mövzuda hazırlanmış broşürlar paylanılıb.

Nəşr edilib : 06.08.2024 18:05