Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri, Ordubad, Şahbuz və Babək rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, axşam saatlarında Culfa, Şərur, Sədərək və Kəngərli rayonlarında havanın yağmurlu olacağı və şimşək çaxacağı gözlənilir. Muxtar respublikanın bəzi dağlıq ərazilərinə dolu düşəcəyi ehtimal olunur. Saniyədə 8-13 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° olacağı gözlənilir.