AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyulun 9-na olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi dağlıq ərazilərdə günün ikinci yarısı arabir yağış yağacağı gözlənilir. Saniyədə 8-13 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° olacağı ehtimal olunur.

Nəşr edilib : 08.07.2024 22:30