AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyulun 8-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında hava şəraitinin arabir yağmurlu olacağı ehtimal olunur. Saniyədə 7-12 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° olacağı gözlənilir.

Nəşr edilib : 07.07.2024 22:09