AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə   Naxçıvan şəhəri, Kəngərli və Babək rayonlarında havanın əsasən yağmursuz, Culfa və Ordubad rayonlarının bəzi dağlıq ərazilərdə isə havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Muxtar respublikanın Şərur, Şahbuz və Sədərək rayonlarında 3 iyul tarixində, gecə saatlarından (Bu gecə) başlayaraq fasilələrlə yağış yağacağı ehtimal olunur. Saniyədə 8-13 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 26-31° olacaq.

Nəşr edilib : 03.07.2024 21:59