AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyulun 20-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın fasilələrlə yağıntı olacağı ehtimal olunur. Saniyədə 10-15 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 31-35° olacağı gözlənilir.

Nəşr edilib : 20.07.2024 01:18