AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyulun 13-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin Culfa və  Ordubad rayonlarının bəzi dağlıq ərazilərinə qısa müddətli yağış yağacağı gözlənilir. Saniyədə 8-13 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° olacağı gözlənilir.

Nəşr edilib : 12.07.2024 22:55