AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyulun 11-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri, Şərur, Sədərək, Kəngərli və Babək rayonlarında havanın əsasən yağmursuz, muxtar respublikanın Culfa, Ordubad və Şahbuz rayonlarının bəzi dağlıq ərazilərində isə hava şaraitinin yağıntılı olacağı gözlənilir. Saniyədə 7-12 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° olacağı ehtimal olunur.

Nəşr edilib : 10.07.2024 21:47