AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyulun 10-na olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağıntısız keçəcəyi, lakin bəzi rayonlarda günün ikinci yarısı havanın yağmurlu olacağı ehtimal olunur. Saniyədə 10-15 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° olacağı gözlənilir.

Nəşr edilib : 09.07.2024 22:45