Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və Babək rayonunda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı, Culfa, Ordubad, Kəngərli, Şərur və Şahbuz rayonlarında isə havanın əsasən yağmurlu keçəcəyi və şimşək çaxacağı, muxtar respublikanın Sədərək rayonunun ərazisinə isə gündüz saatlarında yağıntı düşəcəyi ehtimal olunur. Muxtar respublikanın bəzi ərazilərinə dolu düşəcəyi və intensiv olacağı gözlənilir. Saniyədə 9-14 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 26-31° olacaq.