AZ EN RU

Naxçıvan Muxtar Respublikasında avqustun 7-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında hava şəraitinin  əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 34-39° isti olacağı gözlənilir.

Nəşr edilib : 06.08.2024 23:21