Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, Ordubad və Şahbuz rayonlarının bəzi dağlıq ərazilərinə yağış yağacağı gözlənilir. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° olacağı ehtimal olunur.