AZ EN RU

Naxçıvan Muxtar Respublikasında avqustun 14-nə gözlənilən hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Culfa və Şahbuz rayonlarının bəzi dağlıq ərazilərinə yağış yağacağı gözlənilir. 
Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti olacağı ehtimal olunur.

Nəşr edilib : 13.08.2024 23:11