AZ EN RU

Naxçıvan Muxtar Respublikasında avqustun 13-nə gözlənilən hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Culfa, Ordubad və Şahbuz rayonlarının bəzi dağlıq ərazilərinə yağış yağacağı ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti olacaq.

Nəşr edilib : 12.08.2024 22:58