AZ EN RU

Naxçıvan Muxtar Respublikasında avqustun 12-nə gözlənilən hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın Şərur, Sədərək, Kəngərli və Babək rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Naxçıvan Muxtar respublikasının Culfa, Ordubad və Şahbuz rayonlarının bəzi dağlıq ərazilərində arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir.
 Saniyədə 10-15 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti olacaq.

Nəşr edilib : 11.08.2024 22:22