AZ EN RU

Naxçıvan Muxtar Respublikasında avqustun 11-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Axşam saatlarında  Şərur, Sədərək və Kəngərli rayonlarının bəzi dağlıq ərazilərinə qısamüddətli yağış yağacağı gözlənilir. Saniyədə 7-12 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu gecə 20-24°, gündüz 33-38° isti olacaq.

Nəşr edilib : 10.08.2024 23:44