AZ EN RU

Naxçıvan Muxtar Respublikasında avqustun 10-na olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Culfa, Ordubad və Şahbuz rayonlarının bəzi dağlıq ərazilərinə yağış yağacağı gözlənilir. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu gecə 20-25°, gündüz 33-38° isti olacağı ehtimal olunur.

Nəşr edilib : 09.08.2024 23:35