AZ EN RU

Naxçıvan Muxtar Respublikasında avqust ayının ilk gününə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Saniyədə 9-14 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° olacağı gözlənilir.

Nəşr edilib : 31.07.2024 22:27