AZ EN RU

Naxçıvan Muxtar Respublikasında 9 avqusta olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri, Şərur, Sədərək, Kəngərli və Babək rayonlarında havanın şəraitinin əsasən yağmursuz keçəcəyi, muxtar respublikanın Culfa, Ordubad və Şahbuz rayonlarının bəzi dağlıq ərazilərinə yağış yağacağı, arabir şimşək çaxacağı gözlənilir. Saniyədə 8-13 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti olacağı ehtimal olunur.

Nəşr edilib : 08.08.2024 23:27