AZ EN RU

Naxçıvan Muxtar Respublikasında 3 avqusta olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən"Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şahbuz və Ordubad rayonlarının bəzi dağlıq ərazilərinə  yağış yağacağı gözlənilir. Saniyədə 9-14 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° olacaq.

Nəşr edilib : 02.08.2024 22:55