AZ EN RU

Naxçıvan Muxtar Respublikasında 28 iyula olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında hava şəraitinin əsasən yağmurlu olacağı ehtimal olunur. Muxtar respublikanın Culfa rayonunda havanın yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərində havanın yağıntılı olacağı gözlənilir. Saniyədə 7-12 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° olacaq.

Nəşr edilib : 27.07.2024 23:03