AZ EN RU

Naxçıvan Muxtar Respublikasında 23 iyula olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin Ordubad rayonunun bəzi dağlıq ərazilərinə qısammüdətli yağış yağacağı ehtimal olunur. Saniyədə 9-14 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° olacağı gözlənilir.

Nəşr edilib : 22.07.2024 22:53