AZ EN RU

Naxçıvan Muxtar Respublikasında 15 iyula olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Culfa, Ordubad və Şahbuz rayonlarının bəzi dağlıq ərazilərinə yağış yağacağı gözlənilir. Saniyədə 10-15 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° olacağı ehtimal olunur.

Nəşr edilib : 14.07.2024 23:11