AZ EN RU

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə əlaqə yaratmaq üçün yeni zəng xidməti istifadəyə verilib

Vətəndaş müraciətlərinin operativ cavablandırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 146– 10  Çağrı Mərkəzi Xidməti yaradılıb. 

 ️Vətəndaşlar Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə əlaqə yaratmaq üçün şəhər nömrələrindən və bütün operatorlardan   müvafiq nömrəyə  zəng edə bilərlər.

Qeyd edək ki, nazirlik tərəfindən tətbiq olunan bu yenilik insanların müraciət imkanlarının operativ cavablandırılması, asanlaşdırılması və müraciətlərə baxılmasının  sürətləndirilməsi  məqsədinə xidmət edir.

Nəşr edilib : 13.08.2024 13:37