AZ EN RU

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi cari ilin 6 ayı ərzində müxtəlif tədbirlər həyata keçirmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2024-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində muxtariyyətimizin 100 ilik yubileyi ilə əlaqədar olaraq müəllim və şagirdlərin iştirakı ilə müxtəlif mövzularda dəyirmi masalar, açıq dərslər, sərgi və müsabiqələr, poeziya gecələri, kitab müzakirələri, təqdimatlar, seminarlar, film və videoçarx nümayişləri keçirilmiş, muzey və tarixi abidələrə ekskursiyalar təşkil edilmişdir.

Bəhs olunan dövr ərzində muxtariyyət tarixi ilə bağlı muzeylərdə interaktiv dərslərin keçilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Dövlət Bayrağı Muzeyində 100 illik yubileyə həsr olunmuş distant dərs keçilmişdir.

Həmçinin nazirliyin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 2024-cü ilin yanvar və fevral ayları ərzində yubiley münasibətilə “Naxçıvan Muxtar Respublikası – 100” başlığı altında guşələr yaradılmışdır.

Bülbül QULİYEVA

Nəşr edilib : 13.08.2024 11:42