AZ EN RU

Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov bu gün Şərur rayonu İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu həyata keçirib

Əvvəlcə səhiyyə naziri Samiq Sadıxov və Şərur rayon icra başçısı Kamal Cəfərov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq unudulmaz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Samiq Sadıxov Şərur rayon İcra Hakimiyyətinin inzibati binasıda vətəndaşları qəbul edib. Qəbulda nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak edib. Qəbul zamanı vətəndaşların müayinə və müalicə, dərman təminatı, əlilliyin təyini məsələləri və digər  məsələlərlə bağlı müraciətləri dinlənilib və bir sıra məsələlər yerindəcə həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul zamanı 16 nəfərin müraciətinə baxılıb.
Sonda isə Şərur Regional Tibb Mərkəzi PHŞ-nin tabeliyində olan Şərur rayon mərkəzi xəstəxanasına baxış keçirilib. 
Baxış zamanı Şərur Regional Tibb Mərkəzi PHŞ-nin direktoru Bayram Mikayılov xəstəxananın fəaliyyəti ilə bağlı səhiyyə naziri Samiq Sadıxova məlumat verib.

Nəşr edilib : 08.08.2024 18:00