AZ EN RU

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Sədərək rayonunda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin avqust ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (NQTA) sədri Səfəralı Nəsirov avqust ayının 16-sı saat 11:00-da Sədərək Rayon İcra Hakimiyyətinin  inzibati binasında vətəndaşları qəbul edəcək.
Vətəndaşlar agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və sair) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə info@nfsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya +994 (36) 545-28-83 nömrəsi  ilə əlaqə saxlayaraq avqustun 15-dək qəbula yazıla bilərlər.

Nəşr edilib : 02.08.2024 15:10