Seminara Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının əməkdaşı və Naxçıvan Müəllimlər İnstitutunun müəllimi dəvət olunmuşdurlar.
Seminarda “Müraciət etmək hüququ insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində ən mühüm hüquqi vasitələrdən biridir”, “Azərbaycan Respublikası Konstutusiyasının 57-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır” və “Vətəndaşların qəbulu zamanı etik dəyərlər və davranış standartları, vətəndaş qəbulunun psixoloji aspektləri, vətəndaşlarla ünsiyyət zaman dövlət qulluqçusunun hərəkətləri və digər istiqamətlər üzrə peşəkar davranış qaydaları” mövzuları ilə bağlı çıxışlar olmuşdur.
Sonda mövzu ətrafında tədbir iştirakçılarının sualları cavablandırılmışdır.