AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şəhid ailələri və qazini qəbul edib

"Şərq qapısı" xəbər verir ki, iyulun 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi şəhidləri Məmmədov Zamanın atası Habil Məmmədlini, şəhid Rzayev Kənanın ailəsi Əbdürrəhman Rzayev və Bahar Əhmədovanı, şəhid Məmmədli Nicatın anası Minayə Məmmədovanı, şəhid Hənifəyev Seyranın atası Eynalı Hənifəyevi və Vətən müharibəsi qazisi Əlisoy Əlini qəbul edib. Qəbul zamanı şəhid ailələrinin müraciətləri dinlənilib, problemləri ilə yaxından maraqlanılıb. Şura sədrinin tapşırığı ilə şəhid ailələrinə və qaziyə müvafiq məbləğdə maddi yardım dəstəyi göstərilib. Həmçinin bir şəhid ailəsinə müalicə və istirahət üçün sanatoriya yollayışı verilib. Qəbulda olan şəhid valideynləri onlara göstərilən diqqətə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Nəşr edilib : 23.07.2024 10:20