AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında növbəti vətəndaş qəbulu keçirilib

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasından "Şərq qapısı"na verilən məlumata görə, iyulun 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev növbəti vətəndaş qəbulu keçirib. Qəbula gələn vətəndaşların problemləri diqqətlə dinlənilib və həll olunması üçün müvafiq tapşırıqlar verilib. Müraciətlər maddi yardım, müayinə-müalicə, iş və əmək münasibətləri, habelə digər müxtəlif məsələlər ilə bağlı olub. Vətəndaşlar göstərilən diqqətə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Nəşr edilib : 19.07.2024 14:27