AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası jurnalistlərə Ağbulaq turu hədiyyə edib

"Şərq qapısı" xəbər verir ki, 20-21 iyul tarixlərdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə 31 media nümayəndəsinin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil edilib. 22 iyul–Milli Mətbuat Günü ilə bağlı təltif olunan mətbuat əməkdaşlarını bir araya gətirən turda onların həm istirahəti, həm də əyləncəsi yüksək səviyyədə təmin edilib. Maraqlı anlar yaşayan media nümayəndələri bayramlarının belə xoş ovqatda qeyd olunmasına görə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına öz minnətdarlıqlarını ifadə ediblər.

Nəşr edilib : 21.07.2024 10:52