AZ EN RU

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində qarşıda duran məsələlər müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində Xidmətin strukturuna daxil olan Elektrik Stansiyalarının, Şəbəkələrinin direktorlarının və Xidmətin şöbə müdirlərinin iştirakı ilə iclas keçirilib.

İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov açaraq bildirib ki, bu gün Naxçıvanda elektroenergetikanın inkişafı diqqətdə saxlanılır və Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi təhlükəsizliyini qorumaq, abonentləri dayanıqlı, keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçünqarşımıza mühüm tapşırıqlar qoyulubdur.

Qeyd olunub ki, Xidmətin balansında olan Şəhər, Rayon Elektrik Şəbəkələrinin və Stansiyalarınınhavaların isti keçməsi, suvarma mövsümü ilə əlaqədar artan güc tələbatına uyğun istismarı diqqətdə saxlanılsın, güc transformatorlarının yüklənməsinə nəzarət olunsun,yarana biləcək çatışmazlıqlar operativ aradan qaldırılsın. Elektrik enerjisinin ötürülməsində və paylamasında texniki itkilərinin azaldılması istiqamətində tədbirlər görülsün.

Həmçinin bildirilib ki, sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcəkdir. Bu məqsədlə seçki günü seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi təchizatının təmin olunması məqsədi ilə Xidmətin strukturuna daxil olan Rayon Elektrik Şəbəkələri tərəfindən ərazilərində yerləşən seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün müvafiq texniki və təşkilati tədbirlər görülməsi tapşırılıb.

Vurğulanıb ki, dairə və məntəqə seçki komissiyalarının yerləşdiyi binalardakı elektrik qurğularının və avadanlığının, habelə enerji təchizatını həyata keçirən mənbələrin mövcud vəziyyəti təkrar yoxlanılsın. Aşkar olunmuş qüsur və nasazlıqlar qısa müddətdə aradan qaldırılsın, baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün ciddi tədbirlər görülsün.Seçki günü Xidmət üzrə növbətçilik təşkil olunsun.

Sonra Xidmət rəisinin müavini Tural Murtuzəliyev Xidmətdə görülən işləri və elektroenergetika sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Sonda Rayon Şəbəkələrinin direktorlarının məruzələri dinlənilib, bir sıra vacib məsələlər müzakirə olunub.

 

Nəşr edilib : 01.08.2024 10:50