AZ EN RU

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində “eManat” şirkətinin direktoru ilə görüş keçirilib

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində “eManat” şirkətinin qurucusu və direktoru Ruslan Talıbovla görüş keçirilib. Görüşdə Xidmətin rəis müavinləri Məhərrəm Abbasov və Tural Murtuzəliyev qonağı salamlayıb, onu Xidmətdə gördükləri üçün məmnunluqlarını ifadə ediblər. 
Görüş zamanı Naxçıvan Muxtar Respublikasının enerji potensialı və Naxçıvanda energetika sektorunda görülən işlər barədə qonağa ətraflı məlumat verilib. 
Sonra Ruslan Talıbov “eManat” şirkətinin fəaliyyətindən danışıb. 
Görüş zamanı Naxçıvan Muxtar Respublikasında smartkart tipli elektrik sayğaclarının ödənişlərinin “eManat” vasitəsi ilə də ödənilməsi müzakirə olunub. Xatırladaq ki, bundan öncə Naxçıvanda smartkart tipli sayğacların Naxçıvanpoçt publik hüquqi şəxsin məntəqələrində ödənişi ilə yanaşı, “Naxçıvanbank” ASC-nin ödəniş terminalları vasitəsi ilə də həyata keçirilirdi. 
“Naxçıvanbank” ASC-nin Bank Olmayan Kredit Təşkilatına çevrilməsindən sonra bu fəaliyyət müvəqqəti dayandırılmışdır. 
Görüş zamanı bu fəaliyyətin “eManat” üzərindən yenidən bərpa olunması istiqamətində müzakirələr aparılıb.

Nəşr edilib : 19.07.2024 11:42