AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Qərarı

 Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci mad­dəsinin II hissəsini, 32-ci maddəsinin I hissəsinin 1-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq  qərara alıram:

1. 2024-cü il avqust ayının  12-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılsın.

2. Növbədənkənar  sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilsin:

2.1. “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

2.2.Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi.

3.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı bu Qərardan irəli gələn məsələləri həll etsin. 

Anar İBRAHİMOV

 Naxçıvan Muxtar Respublikası

 Ali Məclisi sədrinin müavini:

Naxçıvan şəhəri, 12 avqust 2024-cü il

Nəşr edilib : 12.08.2024 14:54