Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən öz işini təşkil etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
1. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qanun qüvvəyə mindiyi gündən “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının 1999-cu il 16 yanvar tarixli 84 nömrəli Qanunu ləğv edilir.
Azər ZEYNALOV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin birinci müavini
Naxçıvan şəhəri, 01 avqust 2023-cü il